Qora yanvar. Bugun Azarbayjonda motam kuni. Shahidlar xotirasi oldida bosh egamiz.

07

Film 1990-cı ildə Bakı şəhərində baş vermiş qanlı yanvar hadisələrindən bəhs edir. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları qanunsuz olaraq Bakı şəhərinə yeridildi. Şəhərin yüzlərlə dinc əhalisi odlu silahdan, zirehli texnikadan açılan atəşlərə məruz qaldılar. O günlər yüzlərlə günahsız insanlar şəhid oldular. Həmin gün 20 yanvar hadisəsi SSRİ rəhbərlərinin şovinist maskalarını açıb ifşa etməklə yanaşı, Azərbaycan tarixini ən parlaq səhifələrindən biri oldu. 20 yanvar Azərbaycan xalqının azadlığa, müstəqilliyə doğru ən böyük addımlarından biri idi. Nə qədər ki, Azərbaycan dövləti azaddır, müstəqildir, bir o qədər də şəhidlərimizin ruhu şad olacaqdır.

043

043

qara yanvar

Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.


021 

04
Pərvanə Əliyeva

QIRMIZI QAR
09

Şaxtalı qış günü…Təbiət bərk – bərk büründüyü ağ kürkünü hələ soyunmağa tələsmirdi. Pambıq kimi qar dənəcikləri hər tərəfi bürümüşdü. Qışın gözləri qamaşdıran ağlığı buludların arxasında gizlənən günəşin şəfəqini belə itirirdi. Hər kəs yorğun idi. Səslərini qısıb axşamın düşməsini gözləyirdilər. Gözlərini yummağa hətta hürkən körpələr də məşum sakitlik içində onlara kömək edəcək xilaskarları gözləyirdilər. Səma qara buludların həbsinə əsir düşürdü. Bozaran bu mövsüm havası həmin günü bəzilərinin qəlbinə bəlkə də ümid nuru şölə verəcəkdi.

Küləyin sərt vıyıltısı səksəkədə olanların qəlblərinə daha da çox xof gətirirdi. Gözlənilmədən küləyin zəhmli hənirtisi uzaqdan görünən vertolyotun uöultusuna qarışdı. Hər kəs cəld onları bu kabusdan oyandıracaq vertolyota minməyə tələsirdi. Tələsənlərin arasından bir nəfərin səsi o an aydın seçildi. Vertolyatdan yerə atılan ana “oğlum – Turqut” deyə səsləndi. Amma gec idi. Ana qışın onu yormuş əzginliyi ilə oğluna tərəf boylandı. Qoynuna alıb nəfəsiylə isitmək istədi. – “Yuxun şirin olsun…” dedi.
Qışın son günlərini yaşamağına baxmayaraq, müharibə çətinlikləri ilə artıq hər kəsi haldan salmışdı. Zara gələn kəndlilər onlara bəlkə yeni xoş xəbərin müjdəsini verə biləcək yazın gəlişini gözləyirdilər. Lakin qarın pambıq tək ağlığı həmin gecənin qırmızı rənginə boyandı. Ölümün tünd rəngli qoxusuna özünə hopdurdu.
Qaranlığı özlərinə örtük bilən düşmənlər zirehli texnikanı əldən düşmüş köməksiz kəndlilərin üzərinə şığıdırdı. Qorxuya düşən kəndlilərin səsi göyü fişəng tək bəzəyən uçan güllələrin səsinə qarışmışdı. Heç kəsə rəhmi gəlməyən azğın düşmən sanki bu səsdən rahatlanıb, hönkürtüyə bürünən kənliləri öz qəhqəsiylə boğurdu. Sanki zəncirindən qopmuş quduz köpəkyə çevrilən qəsbkar hər kəsi həmin yerdən səylə qovmağa tələsirdi.
Hər kəs təşviş içində idi. Bir – birini cəld ahənglə əvəzləyən güllə səslərindən, zirehli texnikanın nərəsindən qulaq tutulurdu. Hər yerdən qan qoxusu gəlirdi. Yandırıcı güllələr, zəbanə çəkən toplar, pulemyotların alov dilləri səmanın bağrına qalın – çarpaz dağ çəkirdi. Elə bil olanları alovla möhürləyirdi. Günahsız körpələr belə sanki kiçicik əllərini göyə qaldırıb dua edirdilər. Məsum baxışlarını səmaya zilləyib səslərini onlara yardım üçün çarpışan anaların fəryadlarına qatırdılar. Sanki bu dəhşəti izləyən Uca Yaradandan kömək istəyirdilər.
Vertolyot iri pərləri ilə dövrə vururdu. Hər kəs onu bu dəhşətdən qoparacaq dəmir zirehin içinə atlamaq istəyirdi. Amma qorxunun hər kəsi sardığı vahimə onları meşəyə tərəf qorunmağa sövq edirdi. Atılan güllələrdən təlaş içində olan kəndlilər meşəyə tərəf üz tutub sığınacaq axtarırdılar, gecənin zülmətində itib qorunacaqlarını düşünürdülər. Həmin kəndlilərin arasında yaşlı anasından bərk – bərk tutunub, onu vertolyota mindirməyə çalışan Səid də var idi. Ayaqlarını şaxta vuran, yol axtarmaqdan üzülən Səid vertolyotu görəndə sevindi. Nəhayət ki, kömək yetişmişdi. Indi bu hadisələr arxada qalacaqdı. Yenidən güllə səsi açıldı. Huşunu itirən Səid yerə sərildi. Növbəsini başqasına verən ana Səidin arxasınca vertolyotdan endi. Yorğunluğunu unutmaq istəyən Səid anasının hıçqırıqları arasında itən laylasını eşitdi. Gözləri hələ də açıq qalan Səidin qəlbinin döyüntüsü aramla itməyə başladı. Amma layla xoş avazı onu bu fani dünyamızdan ayırsa da Səidin çöhrəsində layladan təsirlənən təbəssüm çöküb qalmışdı.
Ömrünü sonlayan Səidin yaşlı xəstə anası bu dərdin qəhərinə dayana bilmədi.
Lakin zaman köməyə gələn əsgərlərin, hətta kəndlilərin əleyhinə idi. Zaman öz əqrəbləri arasında onları tələsdirib, sıxışdırırdı. Hətta vertolyotdan enən əsgərlər belə ətraflarına baxa bilmirdilər. Sanki bu qan qoxulu bu pis yuxudan hər kəsi qurtamağa çalışsalar da, ölənlərin əzablı simlarına, ürpədici vəziyyətlərinə nəzər yetirəndə təsirlənib hönkür – hönkür ağlamaq istəyirdilər. Belə bir torpaq arzulu insanları qəfil bir döngədə qana çalxalamaq məgər bu qədər asan imiş?!
Səidin, ananın gözlərini qapayan əsgər ölümlü həyatlarıyla vidalaşan bu kəndlilərə baxıb duruxsundu. Bəlkə də indi onlar daha rahatdılar?! Ruhları fikirsiz, qəmsiz səmaya doğru yol alır?!
Mən, o an onların arasında deyildim. Amma kiçik yaşımdaykən belə bir gecənin bizim şəhərimizdə təkrarlanmasını azda olsa xatırlayıram. Hündür mərtəbəli binanın aşağı mərtəbəsində qaldığımız üçün anamız bacımla məni dəhlizdə gizlətmişdi. Eyvanın altıyla yeriyən anam bizi güllərin səssindən elə qoruyacağını düşünürdü. Bəlkə həmin gecənin şəhidi daha çox idi. Səhəri gün şəhər neçə günlük matəmə bürünmüşdü. Görüşə gedən sevgililərin əllərini bəzəyən qərənfillər indi cərgə ilə düzülən tabutların üzərini xalça kimi bəzəyirdi.
Bəzən həmin günlərin acılı anlarını qara lent parçasına həkk edən səhnələri baxıb, həmin fəryadı eşitdikcə dumanlıqdan bir SƏS heykəli bütün gücüylə varlığıma sakit – sakit pıçıldayır:

Əl — ələ ver, üsyan elə, oyan oyan Azərbaycan!
Ayağa dur ya azad ol, ya tamam yan Azərbaycan!

Bəklə də pıçıltı deyil. Bəlkə də getdikcə dalğalanan hər birimizi birliyə çağıran bir nidadır. Elə bir nida ki, onun arxasınca dumanlıqlar yox olub şəfəq gülümsəyir..

 

021

(Tashriflar: umumiy 178, bugungi 1)

Izoh qoldiring