Vaqif Səmədoğlu. Film & TVdə söhbətler

Vaqif Səmədoğlu

Vəkilov Vaqif Səməd oğlu (Vaqif Səmədoğlu) — şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın Xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005).
Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), «Oğuz eli» qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır. «Humay» mükafatı laureatıdır (1998).
Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır.
Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

Kitabları


Yoldan teleqram. 1968
Mən burdayam, ilahi. 1996
Uzaq yaşıl ada. 1996

Filmoqrafiya

1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
Ağır şkaf (film, 1971)
Ayrılıq bir dənizmiş… (veriliş, 2002)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Bəxt üzüyü (film, 1991)
Bircəciyim (film, 1986)
Cin mikrorayonda (film, 1985)
Çıxılmaz vəziyyət (film, 1983)
Evləri köndələn yar (film, 1982)
Gün keçdi (film, 1971)
Xəzinə (film, 1970)
Karvan (film, 1995)
Qətl günü (film, 1990)
Nəğməkar torpaq (film, 1981)
Toya dəvətnamə (film, 1973)
Vurğun ocağı (film, 2003)
Yaşıl eynəkli adam (film, 1987)
Yaşıl eynəkli adam-2 (film, 1999)
Yaşıl eynəkli adam-3 (film, 2002)
Yumurta (film, 2003)

(Tashriflar: umumiy 37, bugungi 1)

Izoh qoldiring