Müasir özbək şeirindən parçalar. Eşkobil Şükür, Siracəddin Səyyid,Bəhram Ruziməhəmməd

muasir
Cəmiyyətin inkişafında mədəniyyətin rolunun artması dövrümüzün ən mühüm qanunauyğunluqlarından biridir. Mədəniyyətin formalaşması və inkişafı, xalqların mədəni irsi və irsə varislik, bu sahədə tərəqqi mədəni əlaqələr vasitəsilə də təzahür edir. Mədəniyyətin əsas sahələrindən biri olan ədəbiyyat və incəsənətin xalqa təsir qüvvəsi həmişə artmış və mədəni nailiyyətlərin mübadiləsi əsasında inkişaf etmişdir. Mədəni əlaqələrin təsiri ilə milli ədəbiyyat və incəsənətin inkişafı xalqın mənəvi aləminin zənginləşməsinə də kömək edir. Azərbaycan xalqı öz mədəniyyətini başqa ölkələrin xalqları, ilk növbədə türk xalqları ilə əməkdaşlıq, ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir.

09
Müasir özbək şeirindən parçalar

Cəmiyyətin inkişafında mədəniyyətin rolunun artması dövrümüzün ən mühüm qanunauyğunluqlarından biridir. Mədəniyyətin formalaşması və inkişafı, xalqların mədəni irsi və irsə varislik, bu sahədə tərəqqi mədəni əlaqələr vasitəsilə də təzahür edir. Mədəniyyətin əsas sahələrindən biri olan ədəbiyyat və incəsənətin xalqa təsir qüvvəsi həmişə artmış və mədəni nailiyyətlərin mübadiləsi əsasında inkişaf etmişdir. Mədəni əlaqələrin təsiri ilə milli ədəbiyyat və incəsənətin inkişafı xalqın mənəvi aləminin zənginləşməsinə də kömək edir. Azərbaycan xalqı öz mədəniyyətini başqa ölkələrin xalqları, ilk növbədə türk xalqları ilə əməkdaşlıq, ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir. Müasir dövrdə türk xalqları arasında mövcud olan mədəni əlaqələr bu xalqların tarixi keçmişinə əsaslanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu məsələyə böyük önəm verərək demişdir ki, Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla qarşılıqlı anlaşma, mehriban dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir.

eshqobil

Eşkobil Şükür

Ən qədim nəğmə

Ulduzlar titrəyir lal bir heyrətlə,
Göylərin halı da acınacaqlı.
Qızın sinəsində ay parıldadı
Ondan geridə də sonsuz qaranlıq.

Mərmər ağ bədəni üstündə qızın
Mirvari bərq vurur, parıldayaraq.
Səs-küylə bölünür gümüşü şüa
Minlərlə tük arasında qalaraq.

Ulduzlar titrəyir lal bir heyrətlə,
Göylərin halı da acınacaqlı.
Qızın sinəsinin üstünə düşüb
Ayın paralanmış iki parçası.

Mən öz ürəyimi daşlara açdım

Mən öz ürəyimi daşlara açdım
Bir düşünün, parçalandı o daşlar.
Mənim gözlərimdən su içmək üçün
Baxın a, sırayla ötürdü quşlar.

Elə ki, yuxumu suya danışdım
Baxın a, qəfildən düşdü soyuqlar.
Dilimi kömürlə damğalamaqçün
Dəhşətdi, od tutub alışdı sular.

Yağışa söylədim mən öz ağrımı
Köndələn yağışlar, şırnaqlar kəsdi.
Gülləri yığmaqçün mənim ovcuma
Bir dəstə qız çəmənzara tələsdi.

Mən Aya söz açdım məhəbbətimdən,
Ay da bədirləndi, ay da qızardı,
Doymaq üçün nəğməsiylə qəlbimin
«Ah! Ah!» kəlmələri artdı, uzandı.

ss

Siracəddin Səyyid

Dəvə qəbirləri

«Ey sarvan» — deyə
bir səda yayılır
Sədi qəzəllərinin səhrasından.

«Ey sarvan…» — deyə
bir səda dolanır qum üzərində…
«Karvan yoxdur» — deyə
gülür yoxsul

«Ey sarvan…»
şəhərlər yanır,
karvansaralarda tüstü.

Səhralarda hücum çəkir karvanlara
qasırğa
qasırğa
qasırğa.

…bunlar nə təpədi, nə barxana
gömülmüş dəvələrdi
dəvə qəbirləridi…

Mən doğulanda

Mən doğulanda
mənim anam-bahar çoxdan var idi.
Dünyada artıq var idi ildırımlar.
Mənim qardaşlarım olan onlar
tonqallar yandıraraq
dağları dolanırdılar.

O gün nə qədər daş dil açdı
ola bilər yalnız mənə tanış oan bir dildə
üzü qırışlı qayalar göz yaşı axıtdı.

Hansı hərfi ilk dəfə dediyim yadımda deyil.
(Nə vaxtsa bu barədə qardaşlarım danışarlar)
Mən doğulan gün — nə böyük xoşbəxtlik!
Ağaclardan cəsədlər deyil
süd cürdəkləri asılmışdı…

Soban Burinin oğluna nəsihəti

Sənin gözlərində mən özümü görürəm
Yumruqlarında yumruğumu
Sənin çiyinlərin mənim cavan çiyinlərimdir
Sənin qəzəblərində mənim qəzəbim və ehtirasım…
Əgər sənə tapşırıramsa öz sürümüzü,
Deməli, qorxmadan qocalmaq olar!
Al götür, mənim dəyənəyimi, oğul
Canavarlar yaxşı tanıyır onu!
Götür və unutma ki,
Bu təpələr bu dağlar sənin vətənindir!
Bu sürü də sənin vətənindir
Qoru onu.
Canavarlar məni yaxşı tanıyır
Onlarla üzbəüz gələndə
Mən qurd kimi döyüşmüşəm…
Sona qədər itlərə etibar eləmə.
Axı onlar da yuxulayır hərdən
O zaman sən özün köpəyə çevril-
Mənim balam, heç vaxt
Quzu xislətli olma!

bahrom

Bəhram Ruziməhəmməd

Sadə şeylər haqqında

Xoşbəxtlikdən
Quşlar öz caynaqlarını
Yumruq kimi sıxa bilmirlər.
Yalnız öz dişlərinə arxalanır
Ovunun üzərinə atılan pələng.
Bu nəhəng yumruq,
Bu çəkicəbənzər yumruq

Təkcə insanın alnına yazılıb,
Bu yumruğun altında
Oyuncağa çevrilir.
Öz ovunu parçalayan pələng…

Qabdakı alovun ləçəyi
Qarın soyuğunu udaraq
Mənə ötürür,
Mənsə tamaşa edirəm ona.
Əlimi tutanda
qabdakı tonqalın alovuna
hər dəqiqə daha çox donur ovuclarım…

Nədəndi, küçük hürəndə
ehtiyatlanır yolçu…
Axı — eyni səs
pişiyə miyoltutək
pələngə — nəriltitək xasdır.
O günahkar deyil ki, hər dəfə
nəfəs almaq istəyəndə belə
ağzını açan kimi
daima oradan
eyni səs çıxır:
«hav… hav… »

Nifrətin izahı

Əgər mənim kirpiklərim
ox kimi nişan alacaqsa,
mən kirpiklərsiz qalmağa razıyam.

Sinəsindən yapışaraq yıxılan
və yıxılarkən
gülümsəməyə macal tapmayan
birisini görəcək mütləq
mənim kirpiksiz gözlərim.

Üçlüklər

Məndən «ürəyin nə istəyir» deyə soruşur
qurbağalarla bir yerdə yaşayan
qızıl balıq.

* * *

Dincəlmək istədi
lakin səhərə qədər
qar adamı kimi əridi tufan.

* * *

Əlləşdirdilər nəğməni
və barmaqlardan düzəldilmiş
qəfəsə sıxışdırdılar.

* * *

Zülmətin qaranlıq qucağında
qar kimi ağarır buxar gəmisi.
Dəniz qan və süd rənglərində dalğalanır.

Çevirəni: Günel Mövlud

0011

(Tashriflar: umumiy 46, bugungi 1)

Izoh qoldiring