İnsanın qələmə üz tutmağının müxtəlif səbəbləri var. Təbii ki, istedad olmasa o qələmin də duzu olmaz. Yazmaq, hər şeydən öncə istedad tələb edir. Necə deyərlər, quyuya su tökməklə quyu sulu olmaz. Amma bəzən quyudakı suyu üzə çıxarmaq üçün o quyunu qazmaq da lazımdı axı! Yalnız bel (və ya qələm) bu istedad suyunun var olub-olmamasını, ya da tərkibinin şorluğunu, şitliyini müəyyən edə bilər. Bəzən bir insan illərlə hər hansı bir istedadının varlığından xəbərsiz olur. Hansısa bir səbəb – nakam məhəbbət, uğursuz tale, cəmiyyətin eybəcərliyi və daha nələr onun bu istedadını qəfil ortaya qoya bilər. Davomini o'qish