Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (Cizge film, 2003)

Köç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itgin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud «Çarə yalnız Basatdır» deyir. Gördüyü yuxu nəticəsində səfərdən yarımçıq qayıdan Basat Təpəgözə hiylə quraraq ona qalib gəlir və xalqı bəladan qurtarır.

Rejissor : Arif Məhərrəmov
Ssenari müəllifi : Arif Məhərrəmov
Bəstəkar : Arif Məlikov
Quruluşçu rəssam : Arif Məhərrəmov

Filmi səsləndirənlər
Yaşar Nuri-Təpəgöz
Rasim Balayev-Dədə Qorqud
Elxan Cəfərov-Basat
Ramiz Əzizbəyli-Aruz
Əliqulu Səmədov-Aşpaz
Fərhad İsrafilov-Çoban
Nuriyyə Əhmədova-Çobanın arvadı

Vaxt: 27 dəq.
İl: 2003

 

(Tashriflar: umumiy 63, bugungi 1)

Izoh qoldiring