Xurşid Davron — Özbəkistanın xalq şairi, Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın «Müşfiq” mükafatı (5.06.2013) laureatı Xurşid Davron 1952-cı il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir.
Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür. Türkçənin I Beynəlxalq Şeir Şöləninin (Bursa-Konya, may, 1992) iştirakçısıdır. O qırxdan çox Türkiyə (Qaracaoğlan, Aşıq Veysel, Yunus Əmrə, Orxan Vəli və s.), bir neçə Azərbaycan (Mikayıl Müşfiq, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Rüstəm Behrudi) və rus (Anna Axmatova, Marina Svetayeva, Sergey Yesenin, Osip Mandelştam) şairlərinin, eləcə də qədim və müasir yapon şairlərinin şerlərini özbək dilinə tərcümə etmiş, dünyanın lirik sevgi şairlərinin şeirləri antologiyasını nəşr etdirmişdir. Xurşid Davronun şeirlərini Azərbaycan dilinə Səlim Babullaoğlu tərcümə etmişdir.
Xurşid Davron
ŞEİRLƏR
Səlim Babullaoğlu tərcüməsi
Nağıl
Biri vardı-biri yoxdu,
bir dağ vardı. ..
Və bir dəfə
adamlara öz yekəpər görkəmini
göstərməkçün
səyəhətə yollandı dağ.
Amma yolda
ya qarışqa, ya da siçan yuvasına
ilişdirib ayağını sındırdı.
Florianı imitasiya
Necə qaradır bu gecə,
lap qapqaradır.
İşıq saçır almalar pəncərədən,
lap ayparadlr.
Necə zülmətdir iyul gecəsi,
dərindir.
Ulduzlar axıb tökülür
quyuya.
Necə səssizdir bu gecə,
səssizdi.
Hətta duyursan gecə də
günəşin səsini.
«Qarışqalar» silsiləsindən
Yaz
Ağacın kökləri gedər dərinə
Əbədi qalmaqçun torpaqda,
Tacını qaldlrar göyüzünə
Səmaya can atar gənc budaqlar .
Cücərtilər
Dinla, na danışır bu cücartilar
Yellənə-yellənə küləkdə.
İlləri duyarsan — əyil üstünə,
Dinlərsən əbədi aləmləri də.
Qarışqa
Mənə çoxdan tanışdı
Yelqanadlı təyyarəler,maşınlar.
Amma nədən bogazımı qəhər tutdu
Səni görcək qarışqa?
Səlim Babullaoğlu tərcümə etmişdir.
Manba: Çağdaş Gürcü və Özbək Ədəbiyyatından Seçmələr.Baki.,2005