«Əmir Teymurun vəsiyyətləri» ümumtürk mədəniyyəti xəzinəsində «Tüzüki-Teymuri» («Teymurun qanun kitabı») adı ilə məşhur olmuşdur. Əsər dünya tarixində ən böyük cahangirlərdən biri kimi şöhrət qazanmış Əmir Teymurun dövlət quruculuğuna və hərb sənətinə dair mülahizələrini, Xeyir və Şər, Ədalət və Vicdan, Azadlıq və Zəfər haqqında təsəvvürlərini əks etdirir. Əmir Teymurun vəsiyyətləri indiyədək dünyanın bir çox dillərində nəşr edilmişdir. Zənnimizcə, əsərin azərbaycancaya tərcüməsi oxucularda Əmir Teymurun şəxsiyyəti, tarixdəki mövqeyi, hərbi yürüşləri haqqında obyektiv fikir yaratmağa kömək edəcəkdir.
Özbək dilindən tərcümə: Məti Osmanoğlu
Redaktor: Natiq Səfərov
Bakı, Qanun Nəşriyyatı, 2012
196 səhifə.
Davomini o'qish