
Cəmiyyətin inkişafında mədəniyyətin rolunun artması dövrümüzün ən mühüm qanunauyğunluqlarından biridir. Mədəniyyətin formalaşması və inkişafı, xalqların mədəni irsi və irsə varislik, bu sahədə tərəqqi mədəni əlaqələr vasitəsilə də təzahür edir. Mədəniyyətin əsas sahələrindən biri olan ədəbiyyat və incəsənətin xalqa təsir qüvvəsi həmişə artmış və mədəni nailiyyətlərin mübadiləsi əsasında inkişaf etmişdir. Mədəni əlaqələrin təsiri ilə milli ədəbiyyat və incəsənətin inkişafı xalqın mənəvi aləminin zənginləşməsinə də kömək edir. Azərbaycan xalqı öz mədəniyyətini başqa ölkələrin xalqları, ilk növbədə türk xalqları ilə əməkdaşlıq, ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir. Davomini o'qish